2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 43 mlrd. 871,5 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 9,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-oktyabr aylarının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,4% təşkil edib.
Statistik məlumatlara görə, 10 ay ərzində əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 8,2% - 4 min 471,1 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 40 mlrd. 272,8 mln. manat qalır ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən 9,6% çoxdur.
2017-ci ildə əhalinin nominal pul gəlirləri 8,3% artıb.*
B.Rüstəmbəyov