Belarus Respublikasında rəsmi səfərdə olan prezident İlham Əliyev bu gün Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir”, - deyə məlumatda bildirilir.
Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur.
Azərbaycan Ticarət Evi 2017-ci ilin may ayında açılıb.*
F.İsazadə