Azərbaycan hökuməti beynəlxalq narkokartellər tərəfindən ölkə ərazisindən narkotrafik üçün istifadə edilməsinə qarşı mübarizə aparır. Bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.
«Sovet İttifaqı dağıldıqdan sonra postsovet məkanında beynəlxalq narkomafiya fəallaşıb və bu gün narkokartellər Azərbaycan ərazisindən iri narkotik partiyalarının tranziti üçün istifadə etməyə çalışırlar», - deyə o, bu gün BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında çıxışı zamanı bildirib.
Sədrin sözlərinə görə, SSRİ dövründə ölkə ərazisindən narkotik keçirmək çətin idi.
«Bu gün Azərbaycanda narkotrafiklə mübarizə üçün sərhəddə ən müasir avadanlıqdan istifadə olunur, bununla belə, ölkəmizin ərazisindən narkotiklərin tranziti üçün istifadə edirlər», - deyə Ə.Həsənov qeyd edib.*
R.Babayev