Minskdə Müstəqillik Sarayında Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun görüşü keçirilir. Bu barədə BELTA agentliyi məlumat verir
İki ölkənin liderləri arasında rəsmi danışıqlar "təkbətək" formatda aparılır, daha sonra nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə baş tutacaq. Görüşlərin sonunda bir sıra beynəlxalq sənədlərin imzalanacağı gözlənilir.
Belarus prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçıları Azərbaycan və Belarus arasında münasibətlərin vəziyyətini və perspektiv inkişaf istiqamətlərini ətraflı müzakirə edəcək, aktual beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Danışıqlarda əsas diqqət ticari-iqtisadi və investisiya əməkdaşlığına, birgə layihələrin həyata keçirilməsinə ayırılacaq. İ.Əliyev və A.Lukaşenko, həmçinin nəqliyyat-logistika, səhiyyə, təhsil, informasiya və kommunikasiya texnologiyaları, idman, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirəcəklər.*
F.İsazadə