“Azərbaycan Hava Yolları” (AZAL) QSC dekabrın 22-dən Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrləhəyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq”, – deyə məlumatda qeyd olunur.
AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yerinə yetirirdi.*
Ə.Məmmədov