ABŞ Dövlət Departamentinin Narkotiklərlə mübarizəyə dair beynəlxalq konfransı 2019-cu ilin yazında Bakıda keçiriləcək. Bunu baş nazirin müavini, Narkomanlığavə NarkotikVasitələrinQanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrəDövlət Komissiyasının sədri Əli Həsənov deyib.
«ABŞ Dövlət Departamentinin Narkotiklərlə mübarizəyə dair beynəlxalq konfransı 16-18 aprel 2019-cu il tarixlərində Bakıda keçiriləcək», - deyə o, bu gün BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının Bakıda keçirilən 53-cü sessiyasında çıxışı zamanı bildirib.
Əli Həsənovun sözlərinə görə, bununla əlaqədar prezident İlham Əliyevin sərəncamı ilə ötən həftə Təşkilat Komitəsi yaradılıb.
"Konfransda dünyanın 120 ölkəsindən 500-ə yaxın nümayəndə, o cümlədən prezidentlər, baş nazirlər və digər hökumət üzvləri iştirak edəcəklər", - deyə baş nazirin müavini qeyd edib.*
R.Babayev