2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 684,4 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Oktyabrda 108,9 mln. manat dəyərində 180,8 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Statistik məlumatlara görə, yanvar-oktyabr aylarında mənzil tikintisinə 955 mln. manat (artım 23,6%) məbləğində investisiya qoyulub.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır.
Ötən il mənzil tikintisinə 891 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub.*
B.Rüstəmbəyov