"Azərbaycan Dəmir Yolları" (ADY) QSC və "Belarus Dəmir Yolu" (BDY) Dövlət Birliyi arasında qarşılıqlı faydalı əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə BDY-nin məlumatında deyilir.
Məlumata görə, saziş Azərbaycan və Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclası çərçivəsində imzalanıb.
Sənədi “Belarus Dəmir Yolu” DB-nin rəhbəri Vladimir Morozov və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov imzalayıblar.
«Saziş Avrasiya dəmir yolu nəqliyyat-logistika xidmətləri bazarında dəmir yolu şirkətlərinin payının artırılması məqsədilə onların nəqliyyat və tranzit potensialının istifadəsinə və gələcək inkişafına yönəlib.*
Ə.Məmmədov