«Azərişıq» ASC sayğacların tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə 2 lot üzrə həyata keçirilir: elektron tipli 1 və 3 fazalı sayğacların satın alınması; МР-106 markalı Smart-kart tipli birfazalı sayğacların satın alınması.
Tenderdə hər lot üzrə iştirak haqqı 400 manatdır.
Zəruri maliyyə və texniki imkanlara malik olan şirkətlər tenderdə iştirak edə bilər.
Tender təklifləri 2019-cu il yanvarın 8-i saat 16:00-dək qəbul olunur. Tender proseduru yanvarın 9-da baş tutacaq.
Telefon: (+99412) 440-39-93 (daxili 23-32). Əlaqələndirici şəxs: Zaur Abdullayev.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov