Siyəzən rayonunda baş vemiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Siyəzən rayonunda“Kamaz”markalı yük avtomobili və“Mercedes”markalı minik avtomobili toqquşub”, - deyə məlumatda bildirilir.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Şamil Ələkbərov və Leyla Məmmədovanınmeyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.*
R.Babayev