Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 300 ədəd avtobusun alınmasına təxminən 142 mln. manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BNA-dan məlumat verilib.
Xəbər verildiyi kimi, BNA «BMC Otomativ Sanaye ve Ticaret A.S.» şirkəti ilə avtobusların satın alınması haqqında müqavilə bağlayıb.
«Müqavilənin dəyəri 141 mln. 801,18 min manatdır», - deyə məlumatda bildirilir.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
B.Rüstəmbəyov