Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığın səviyyəsi çox aşağıdır. Dünya Bankının (DB) Bakı ofisinin rəhbəri Həsən Naqvi belə hesab edir.
"Azərbaycanda məşğul əhalinin ümumi sayının 37-40%-i kənd təsərrüfatının payına düşür. ÜDM-də aqrar sektorun payı isə cəmi 6-7% təşkil edir. Bu, sektorun məhsuldarlığının aşağı səviyyədə olduğunu göstərir", - deyə o, bu gün DB-nin Azərbaycanın kənd təsərrüfatı sektorunda risklərə həsr olunmuş seminarında bildirib.
H.Naqvi qeyd edib ki, ilk növbədə, hər bir işçinin əmək məhsuldarlığını yüksəltmək lazımdır.
"Azərbaycanda kənd təsərrüfatı sektorunda orta işçi Türkiyədəki müvafiq işçi ilə müqayisədə 3 dəfə daha az məhsul istehsal edir. Polşalı işçi isə, məsələn, 6 dəfə çox məhsul istehsal edir. Buna görə hesab edirəm ki, Azərbaycanda ASK işçilərinin məhsuldarlığının artırılması üçün böyük işlər görülməlidir", - deyə DB nümayəndəliyinin rəhbəri əlavə edib.*
Ə.Məmmədov