Bu gün Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasınında partlayışın baş verməsi və binanın uçması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb
«Dağıntıların altından ana və oğlunun meyitləri çıxarılıb», - deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, qadın müəllimə işləyirdi, oğlunun isə 24 yaşı var idi.
Xatırladaq ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub. 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
“Hadisə nəticəsində 1994-cü il təvəllüdlüCuma Cumazadə həlak olub, Orxan Məmmədli isə xəstəxanaya yerləşdirilib.
Dağıntılar altında qalma ehtimalı olan insanların xilas edilməsi istiqamətində işlərin sürətləndirilməsi məqsədilə FHN-in xilasediciləri və xüsusi kinoloji qrup vertolyotla Bakıdan Gəncəyə gətirilib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir*.
R.Babayev