Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Kazaryanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmə dəftərxanasından məlumat verilib.
«O, Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər; iqtisadi fəaliyyət sahəsində olan cinayətlər; ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər; dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər; idarəetmə qaydası əleyhinə olan cinayətlərdə təqsirli bilinir. K.Kazaryana qarşı Cinayət Məcəlləsinin 15-dən çox maddəsi üzrə ittiham irəli sürülüb», - deyə məhkəmədən bildiriblər.
O, Azərbaycan hərbçiləri tərəfindən bu ilin iyul ayının ortalarında saxlanılıb.*
F.İsazadə