Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Xeyrullah Spelenai yaxın günlərdə etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
«H.Spelenai dünən axşam Bakıya gəlib. O, yaxın günlərdə etimadnaməsini Azərbaycan rəhbərliyinə təqdim edəcək», - deyə mənbə bildirib.
H.Spelenai XX əsrin 80-ci illərində Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Rus dilini bilir. O, 2014-cü ilin dekabr ayından Əfqanıstanın Azərbaycanda səfiri olmuş Məhəmməd Tağı Xəlilini əvəzləyib.*
F.İsazadə