Prezident İlham Əliyev Azərbaycan ilə Rusiyanın kütləvi informasiya vasitələri arasında əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev bu gün Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib.
“Prezident Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da ənənəvi olaraq uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirib, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd edib”, – deyə məlumatda bildirilir.
V.Solovyov Rusiya jurnalistlərinin azərbaycanlı həmkarları ilə daim qarşılıqlı əlaqələr saxlamaq istəyində olduqlarını deyib. O, bu baxımdan noyabrın 19-da Azərbaycan Mətbuat Şurası və Rusiya Federasiyası Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğulayıb.*
F.İsazadə