Prezident İlham Əliyev Bakı və Ankara arasında hərbi sahədə əməkdaşlığın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirir.
“İ.Əliyev bu gün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirib”, - deyə prezidentin saytında məlumat verilir.
Y.Güler vurğulayıb ki, Bakı və Ankara arasında münasibətlər strateji xarakter daşıyır.
O, Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyini ifadə edib. Ordu generalı qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyinə böyük önəm verir.*
F.İsazadə