5 məktəbli və 1 müəllimə zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
““Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 5 məktəbli və 1 müəllimə zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlar 15-16 yaşlı Ələsgər Əliyev, Emil Alşanov, Ayxan Süleymanlı, Tabutay Hüseynli, Şəlalə Kərimova və müəllimə Sahibə Əliyevadır”, - deyə o bildirib.
S.Əhmədovanın sözlərinə görə, tur-aksiyanın iştirakçıları bu gün Qəbələ rayonundan Şəkiyə gəliblər.
“Onlara xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra nəzarətdə olmaq şərti ilə evə buraxılıblar”, - deyə o qeyd edib.*
R.Babayev