Prezident İlham Əliyev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Qafarova və Oqtay Məmmədova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Bundan başqa, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilova, Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Əlizadəyə və İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.*
F.İsazadə