2015-ci il may ayının 19-da Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən şəxslərdən biri - Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi Nizami Orucov azadlığa buraxılıb.
“Onun 3 il 6 aylıq cəza müddəti tam başa çatıb”, - deyə yerli KİV yazır.
Xatırladaq ki, paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 51 nəfər xəsarət alıb. Yanğına səbəb binanın keyfiyyətsiz materiallarla üzlənməsi olub.*
F.İsazadə