2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 197,8 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 1,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar-sentyabr aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $58 mln. 737,4 min (artım 61,1%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $8,168 mln. dəyərində (artım 73,1%) 34,411 min ton (artım 58,6%) sement və sement klinkeri idxal edilib.
Yanvar-sentyabr aylarında respublikaya $37 mln. 78,2 min dəyərində (artım 41,2%) 29,148 min ton (artım 29,2%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $154 mln. 189 min dəyərində 203,3 min ton (azalma 5,9%) metalyayma məhsulu, $66 mln. 675 min dəyərində 111,7 min ton (artım 27,2%) qara metaldan hazırlanan çubuqlar, $23 mln. 17,5 min dəyərində 26,952 min ton (azalma 0,2%) qara metaldan hazırlanan günyə, $334 mln. 69,5 min dəyərində (artım 2,4 dəfə) 162,7 min ton (artım 2 dəfə) qara metaldan hazırlanan boru idxal edilib.*
B.Rüstəmbəyov