Yaxın 7 il ərzində Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində 31 DOST mərkəzinin yaradılması planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzi yaradılacaq”, - deyə məlumatda bildirilir.
DOST mərkəzlərində vətəndaşlara 124 xidmət göstəriləcək.
Xəbər verildiyi kimi, ilk DOST mərkəzi 2018-ci ilin sonunadək Bakının Yasamal rayonunda açılacaq.*
R.Babayev