2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,7% - 2 mlrd. 617,5 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 2,1% - 1 mln. 9,6 min tonadək, birbaşa qovulan benzin istehsalı 13,5% - 170,3 min tonadək, kerosin istehsalı 4,5% - 507,1 min tonadək, dizel yanacağı istehsalı 5,2% - 1 mln. 615,5 min tonadək, sürtkü yağı istehsalı 5,1 dəfə - 129,5 min tonadək, neft bitumu istehsalı 36,7% - 247,1 min tonadək, neft koksu istehsalı 18,4% - 205,8 min tonadək artıb.
Bu dövrdə soba mazutu istehsalında 71,4% - 74 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.*
B.Rüstəmbəyov