Bu gün Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada keçirilən görüşündə Xəzərin hüquqi statusuna dair məsələlər müzakirə edilib. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya və Azərbaycanın müxtəlif nazirlik və idarələrinin qarşılıqlı fəaliyyət perspektivləri, terrora qarşı mübarizə məsələləri, habelə Xəzər dənizinin hüquqi statusu müzakirə edilib", - deyə məlumatda bildirilir.*