Səhiyyə Nazirliyi Xırdalanda Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davam etdirilməsinə təxminən 12 mln. manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik «Turqay» MMC ilə bu işlərin yerinə yetirilməsi haqqında müqavilə imzalayıb.
Müqavilənin dəyəri 11 mln. 933 min 560,69 manatdır.
135 çarpayılıq Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2012-ci ilin payızında başlanılıb. Üçmərtəbəli xəstəxana binası 4 ha sahəni əhatə edəcək.*
R.Babayev