«Bank Silk Way» ASC noyabr ayının 23-dən «Premium Bank» ASC adı altında fəaliyyət göstərəcək. Bu barədə kredit təşkilatının məlumatında deyilir.
«2018-ci il noyabr ayının 23-dən etibarən “Bank Silk Way” “Premium Bank” adlandırılacaq. Bankın adının dəyişməsi onu müştərilər, əməkdaşlıq etdiyi tərəflər qarşısında yaranmış hüquq və öhdəliklərdən azad etmir, istifadədə olan kart məhsullarının xidmətini dayandırmır və bankın rekvizitləri (VÖEN, SWIFT kod, müxbir hesab, ünvan, əlaqə nömrələri və sair) dəyişməz olaraq saxlanılır”, – deyə məlumatda bildirilir.
“Bank Silk Way” ASC 2008-il yanvar ayının 25-dən fəaliyyət göstərir və aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
B.Rüstəmbəyov