2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4 mln. nəfərdən çox olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2% artaraq 4014,6 min nəfər olub”, - deyə məlumatda bildirilir.
Ölkə vətəndaşlarının 32,2%-i İrana, 29,6%-i Gürcüstana, 19,1%-i Rusiya Federasiyasına, 12,9%-i Türkiyəyə, 1,5%-i Ukraynaya, 0,9%-i Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Səfər edənlərin 65,6%-i kişilər, 34,4%-i isə qadınlar olub.
10 ay ərzində İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,4%, Gürcüstana gedənlərin sayı 2,7% artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1%, Türkiyəyə gedənlərin sayı 0,3% azalıb.
“Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,8%-i dəmir yolu və avtomobil, 18,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib", - deyə məlumatda qeyd olunur.*
R.Babayev