“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Böyük Kəsik layihəsi çərçivəsində rabitə sisteminin yaradılması üzrə tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə həyata keçirilir. Tenderdə iştirak haqqı 200 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı əsas meyarlar bunlardır: ucuz qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, təcrübə və iddiaçının maliyyə vəziyyəti.
Tender təklifləri 21 dekabr 2018-ci il tarixinədək qəbul olunur. Tender proseduru dekabrın 24-də baş tutacaq.
Telefon: (+99412)499-66-17. Əlaqələndirici şəxs: Nilufər İsmaylova.*
B.Rüstəmbəyov