Energetika Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək.
Energetika Nazirliyindən verilən məlumata görə, forum 10-11 dekabr 2018-ci il tarixlərində keçiriləcək.
““AgTech and Green Energy” Forumunun əsas məqsədi Azərbaycanda enerji və kənd təsərrüfatı sahələrinin innovativ inkişafına nail olmaq,bərpa olunan enerji mənbələrindən istifadəni dəstəkləmək, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov