Prezident İlham Əliyev Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə Yaponiyanın baş naziri Şinzo Abeni təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli baş nazir, Osaka şəhərinin “Ekspo 2025” sərgisini keçirmək hüququnu qazanması münasibətilə Sizi və bütün Yaponiya xalqını ürəkdən təbrik edirəm. Sizə və dost Yaponiya xalqına bu mötəbər tədbirin hazırlıq mərhələsində və keçirilməsində uğurlar arzulayıram”, - deyə təbrik məktubunda bildirilir.
Noyabr ayının 23-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun üzvü olan ölkələr arasında keçirilən səsvermənin nəticələrinə əsasən Osaka “Ekspo 2025” ümumdünya sərgisini keçirmək hüququnu qazanıb.
“EXPO -2025” sərgisini keçirmək uğrunda Bakı və Yekaterinburq da mübarizə aparırdı.
Səsvermə nəticəsində Osaka şəhəri 92 səslə qalib gəlib.*
R.Babayev