Azərbaycan 2018-ci ilin 9 ayı ərzində $144 mln. 672 min dəyərində pomidor ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan $144 mln. 672 min dəyərində 141,204 min ton pomidor ixrac edib. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 6,9%, dəyər ifadəsində 12,3% artıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Rusiyaya $144 mln. 206,78 min dəyərində 140,548 min ton (bütün ixracın 99,5%-i – İF) pomidor ixrac olunub. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 6,4%, dəyər ifadəsində 12,3% artıb.
2017-ci ildə Azərbaycan $151,6 mln. dəyərində pomidor ixrac edib, pomidorların əsas həcmi Rusiyaya tədarük olunub.*
B.Rüstəmbəyov