Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında $4 mlrd. 289,4 mln. məbləğində xarici valyuta satıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 72,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2018-ci ilin yanvar-sentyabr aylarında AMB 75 valyuta hərracı təşkil edib. Bu hərraclarda ARDNF 2017-ci ilin yanvar-sentyabr aylarına olan $2 mlrd. 486 mln.-a qarşı $4 mlrd. 289,4 mln. məbləğində xarici valyuta satıb, yəni satışların həcmi 72,5% artıb”, - deyə məlumatda bildirilir.
ARDNF I rübdə valyuta hərraclarında $1 mlrd. 310 mln., II rübdə $1 mlrd. 664,6 mln., III rübdə isə $1 mlrd. 315 mln. məbləğində xarici valyuta satıb.
Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır.*
A.Əzizov