Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 350 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank noyabrın 26-da keçirilən hərracda 350 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 1 mlrd. 169,9 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 7,76% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
B.Rüstəmbəyov