2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $20 mln. 590,9 min məbləğində təzə xurma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycan $20 mln. 590,9 min məbləğində 25,486 min ton xurma ixrac edib. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xurma ixracı 2,3 dəfə artıb”, - deyə məlumatda bildirilir.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, 2018-ci ilin 9 ayı ərzində Rusiyaya $19 mln. 909,22 min məbləğində (artım 2,34 dəfə) 24,059 min ton (artım 2,26 dəfə) təzə xurma ixrac olunub. Ümumilikdə, 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan təzə xurma ixracının 94,4%-i RF-nin payına düşüb.
2017-ci ildə Azərbaycan $90 mln. 891,06 min məbləğində 118,304 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $84 mln. 899,94 min məbləğində 102,579 min ton xurma ixrac edilib.*
B.Rüstəmbəyov