2018-ci ilin yanvar-sentyabr aylarında manat ABŞ dollarına qarşı 0.01% möhkəmlənib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin 9 ayı üzrə Pul siyasəti icmalında deyilir.
“Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil edib”, - deyə icmalda bildirilir.
Yanvar-sentyabr aylarında manat türk lirəsinə qarşı 58,3%, avroya qarşı 2.6%, İngiltərə funt sterlinqinə qarşı 2.9%, rus rubluna qarşı 13,9% möhkəmlənib.
Qeyd edək ki, 2017-ci ildə manat dollara qarşı 4% möhkəmlənib, 2016-cı ildə 13,6%, 2015-ci ildə 98,8% ucuzlaşıb.*
Ə.Məmmədov