Azərbaycan 2018-ci ilin yanvar-sentyabr aylarında $5 mln. 527,59 min dəyərində şərab və üzüm suslosu ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Yanvar-sentyabr aylarında Azərbaycan $5 mln. 527,59 min dəyərində 493,8 min dekalitr şərab və üzüm suslosu ixrac edib. 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi 2,01 dəfə artıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə ixracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, cari ilin 9 ayı ərzində bu ölkəyə $4 mln. 789 min dəyərində (artım 57%) 471,47 min dekalitr (artım 2,27 dəfə) şərab ixrac edilib.*
B.Rüstəmbəyov