Azərbaycan hökuməti Azərbaycan şərabının Rusiyaya ixracına maneə yaradan texniki məsələləri həll edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan şərablarının Rusiya Federasiyasına ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə nazirliyin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiya Federasiyasına ezam olunub. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb”, – deyə məlumatda bildirilir.
İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.*
B.Rüstəmbəyov