Azərbaycanlı sülhməramlıların BMT sülhməramlıları missiyasının tərkibində Cənubi Sudanda sülhün təmin olunmasında iştirakı haqqında qanun layihəsi parlamentə təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Sənəd bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi tərəfindən qəbul olunub.
“Azərbaycan BMT sülhməramlıları missiyasının tərkibində 4 nəfərlik heyətlə - 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq”, - deyə mənbə qeyd edib.*
R.Babayev