Vergilər Nazirliyi «Xalq Həyat Sığorta» ASC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Nizamnamə kapitalı 15 mln. manat olan şirkətin rəsmi nümayəndəsi Roman Vəliyevdir.
Şirkət noyabr ayının 23-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.
“Xalq Həyat Sığorta” fəaliyyətə başlamaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almalıdır.
Hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta” ASC, “Qala Həyat Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC fəaliyyət göstərir.*
Ə.Məmmədov