Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Tonq-opu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Bu xüsusda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb.
Səfir K.Tonq-op etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.*
F.İsazadə