Milli Məclis bu gün Monqolustan və Çili ilə diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişləri təsdiq edib.
Deputatlar, həmçinin 2017-ci il noyabr ayının 15-də Aşqabadda imzalanmış “Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişi”ni (Lapis Lazuli Marşrutu Sazişi) təsdiq ediblər.
Bundan başqa, “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılmasına dair” Çoxtərəfli saziş, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda dəyişikliklər, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanunda dəyişikliklər, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişikliklər, “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər və s. təsdiq edilib.*
R.Babayev