Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov prezident İlham Əliyevi Çeçenistana səfərə dəvət edib.
«Əgər Siz imkan tapıb Çeçenistan Respublikasına gələ bilsəniz bu, bizim üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacaq”, - deyə R.Kadırov bu gün Bakıda İ.Əliyevlə görüşdə bildirib.
“Bütün müsəlmanlar və Qafqaz, xüsusən bizim region üçün hər şey etdiyinizə görə bir daha “Çox sağ olun” demək istəyirəm”, - deyə o əlavə edib.
Prezident İ.Əliyev Azərbaycanla Şimali Qafqaz respublikaları arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. “Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir”, - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır.*
F.İsazadə