2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $20 mln. 772,87 min məbləğində qənd ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-sentyabr aylarında Azərbaycan $20 mln. 772,87 min məbləğində 35,742 min ton qənd ixrac edib (azalma 38,8%). Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixracın həcmi 31,6% azalıb”, - hökumətdən qeyd ediblər.
İxracın əsas həcmi Türkmənistanın payına düşüb. 2018-ci ilin 9 ayı ərzində Türkmənistana $16 mln. 989,76 min məbləğində 28,416 min ton həcmində qənd ixrac olunub.
Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycan $63 mln. 309,94 min məbləğində (azalma 49,1%) qənd idxal edib. İdxalın həcmi 173,133 min ton təşkil edib, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 35,2% azdır.
Azərbaycana əsas qənd tədarükçüsü Braziliya olub. 2018-ci ilin 9 ayı ərzində Baziliyadan $49 mln. 124,01 min məbləğində (azalma 22,5%) 141,803 min ton qənd (azalma 4,1%) gətirilib.
İkinci tədarükçü Ukrayna olub. Bu ölkədən Azərbaycana $8 mln. 651,54 min məbləğində 19,115 min ton qənd gətirilib. **
B.Rüstəmbəyov