2018-cı ilin yanvar-oktyabr aylarında regionlardan dövlət büdcəsinə vergi daxilolmaları 576,7 mln. manat təşkil edib, plan tapşırığı 111,6% yerinə yetirilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
"10 ay ərzində ərazi vergi orqanları dövlət büdcəsinə 576,7 mln. manat məbləğində vəsaitin daxil olmasını (plan 515,76 mln. manat) təmin ediblər, yəni plan tapşırığı 111,6% icra olunub”, - nazirlikdən qeyd ediblər.
Eyni zamanda, regionlarda vergi yığımı 431,4 mln. manat təşkil edib, bu da proqnoz göstəricidən 16,2% çoxdur.
Ümumilikdə, 2018-ci ilin yanvar-oktyabr aylarında ötən ilin analoji göstəricisi ilə müqayisədə ərazi vergi daxilolmalarının həcmi 10,4% artıb.
Vergilər Nazirliyinin məlumatına görə, ərazi vergi orqanları tərəfindən regionlarda fəaliyyət göstərən müəssisələrdə aksiz vergisi tətbiq olunan malların istehsalına nəzarətin gücləndirilməsi məqsədilə 21aksiz postu qurublar. **
Ə.Məmmədov