Azərbaycanda doğulan hər 10 körpədən biri vaxtından əvvəl dünyaya gəlir. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
«Azərbaycanda doğulan körpələrin 10%-i vaxtından əvvəl dünyaya gəlir», - deyə məlumatda bildirilir.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada 15 milyon vaxtından əvvəl doğuş qeydə alınır. Bu körpələrin təxminən bir milyona yaxını (7 faiz) tələf olur. Vaxtından əvvəl doğuşların 60 faizindən çoxu yoxsul Afrika və Asiya ölkələrində baş verir və həmin uşaqların da yarısı tələf olur.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 103,371 min körpə doğulub. 9 ay ərzində ölkədə doğum səviyyəsi əhalinin hər min nəfəri hesabı ilə 14,1 nəfər təşkil edib. Hesabat dövründə Azərbaycanda 1,962 min əkiz və 84 üçəm doğulub.*
R.Babayev