Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 karxananın fəaliyyəti dayandırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dən məlumat verilib.
“Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqzamanı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaradılmış 14 karxananın fəaliyyətində də pozuntu halları aşkar olunub, xəbərdarlıq edilərək işlər dayandırılıb”, - Komitədən qeyd ediblər.
Həmçinin məlumat verilib ki, Azərbaycan ərazisində 588 daş, qum-çınqıl karxanası fəaliyyət göstərir. Onlardan 256-sı tərəfindən torpaq qanunvericiliyinin tələbləri pozulduğuna görə fəaliyyəti dayandırılıb.
“İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati protokollar 155 karxana barədə yazılaraq cərimə tətbiq olunub. 55 karxanada zəbtolunma halı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib”, - Komitədən qeyd ediblər. **
B.Rüstəmbəyov