Bakı və İslamabad Azərbaycan tərəfindən JF-17 qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı danışıqları başa çatdırır. Bu barədə Pakistan Aeronautical Complex-in (PAC) nümayəndəsi məlumat verib.
«Biz Azərbaycan və Pakistan arasında JF-17 döyüş təyyarələrinin alqı-satqısına dair aparılan danşıqların yekun mərhələsindəyik. Artıq təyyarənin Azərbaycana ixracı ilə bağlı olan mövcud problemlərin hamısı həllini tapıb», - deyə o, “AzeriDefence” jurnalına bildirib.
PAC nümayəndəsinin sözlərinə görə, təyyarənin Azərbaycanın istədiyi JF-17 Blok II konfiqurasiyası da sınaqlarını başa çatdırıb. “Pakistan Hərbi Hava Qüvvələri tərəfindən Blok II versiyası artıq bir müddətdir istifadə olunur və uçuşlar zamanı özünü doğruldub. Azərbaycan Hərbi Hava Qüvvələri də bu versiyanın bir müddət Pakistan HHQ tərəfindən istifadəsini gözləyirdi”, - deyə o qeyd edib.*
F.İsazadə