2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan $29 mln. 602,14 min məbləğində kartof ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“Yanvar-sentyabr aylarında Azərbaycan $29 mln. 602,14 min məbləğində 66,503 min ton kartof ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixrac həcmi 15,5%, ümumi ifadədə 14,7% artıb”, - hökumətdən qeyd ediblər.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2018-ci ilin 9 ayı ərzində Rusiyaya $28 mln. 839,48 min (аrtım 12,4%) 64,366 min ton (artım 12,7%) kartof ixrac olunub.
Cari ilin 9 ayı ərzində Azərbaycan $22,049 mln. (аrtım 14,2%) məbləğində 88,165 min ton kartof (azalma 7,75%) idxal edib.
Azərbaycana əsas kartof tədarükçüləri Türkiyə və İran olub. Yanvar-sentyabr aylarında Türkiyədən $8 mln. 799,3 min məbləğində 26,283 min ton kartof gətirilib. İrandan $9 mln. 599,75 min məbləğində kartof tədarükünün həcmi 51,806 min ton təşkil edib.
Hesabat dövrü ərzində Azərbaycan Rusiyadan $117 min məbləğində 492,19 ton kartof idxal edib. **
B.Rüstəmbəyov