Azərbaycan hökuməti pərakəndə ticarətlə məşğul olan və ya ictimai iaşə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün nağdsız hesablaşmaları stimullaşdıran vergi güzəştlərinin tətbiq edilməsini təklif edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
«Dünən parlamentdə Vergi Məcəlləsinə I oxunuşda qəbul edilmiş dəyişikliklərdə nağdsız hesablaşmaların təşviqi çərçivəsində müəyyən vergi güzəştləri nəzərdə tutulub. Güzəştlər gəlir vergisi, mənfəət vergisi və sadələşdirilmiş verginin tutulması zamanı tətbiq olunacaq», - deyə məlumatda bildirilir.
Dəyişikliklərə görə, pərakəndə ticarətlə məşğul olan və ya ictimai iaşə sahəsində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər üçün verginin məbləği hesablanarkən POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatlar nəticəsində əldə edilən mənfəət və gəlir vergisinin bir hissəsi göstəriləcək . Bu hissə üzrə güzəşt 25% təşkil edəcək.
“Məsələn, vergi ödəyicisinin gəliri (və ya mənfəəti) 1000 manat təşkil edir, bunun 300 manatını o, nağdsız hesablaşmalardan əldə edib. Həmin 300 manatdan tutulan vergi 25% az olacaq. Nəticədə obyekt üzrə hesablanmış verginin məbləği də azalacaq», - deyə məlumatda qeyd olunur.
Bu güzəştlərin 1 yanvar 2019-cu il tarixindən etibarən 3 il ərzində - 2021-ci ilin sonunadək tətbiq edilməsi planlaşdırılır.*
Ə.Məmmədov