“Dədə Qorqud irsi” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
““Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib”, - deyə Azərbaycanın Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatında bildirilir.
Dastan noyabrın 28-də Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan, Türkiyə və Qazaxıstanın təşəbbüsü ilə sözügedən siyahıya daxil edilib.
Birgə bəyanatında vurğulanır ki, Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə vermədi.*
R.Babayev